KİV: "Tramp Zelenskinin danışıqlarda iştirakını lazımsız hesab edir"

"ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda Volodimir Zelenskinin iştirakı vacib deyil".
TNS xəbər verir ki, bu sözləri Trampa istinadən CBS telekanalının müxbiri Cennifer Ceykobs özünün "X" hesabında yazıb.
"Onun görüşlərdə iştirakının o qədər də vacib olduğunu düşünmürəm", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Tramp Zelenskinin Rusiya ilə danışıqlar üçün "əlində kozır"ının olmadığını bildirib.
Bundan əlavə, amerikalı lider ölkənin maliyyə naziri Skott Bessentin Kiyevə səfərini "mənasız bir səfər" adlandırıb.
"Açığı, onun heç ora gəlməyini istəməzdim", - Tramp əlavə edib.