Ukrayna PUA tədarükü üçün 8 milyard ayırır

PUA tədarükünə əlavə 7,9 milyard qrivna vəsait ayrılacaq.
TNS xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.
“Hazırda üzərində işlədiyimiz gündəlik çağırışlar təkcə enerji məsələsi ilə bağlı deyil. Qarşılaşdığımız çətinliklər maliyyə, silah, iqtisadiyyat, ukraynalı ailələrin təminatı, sosial ödənişlər və təhlükəsizlik sahələrini əhatə edir. Bu çağırışların öhdəsindən gəlmək üçün hökumətin əsas fəaliyyət istiqamətlərindən biri Ukraynanın özünütəminat səviyyəsini yüksəltməkdir”, - Şmıqal qeyd edib.
Hökumət rəhbəri bildirib ki, özünütəminat məsələsində əsas diqqət yerli silah istehsalına və iqtisadiyyatın gücləndirilməsinə ayrılır. Onun sözlərinə görə, PUA sahəsində yerli istehsal səviyyəsi 100 faiz təşkil edir. Yanvar ayında dron istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artıb.
Bundan başqa, 2023-2024-cü illərdə yerli artilleriya istehsalı üç dəfə, zirehli transportyor beş dəfə, tank əleyhinə silah iki dəfə, sursat istehsalı isə 2.5 dəfə artıb.