Close

Avtobusla yük maşını toqquşdu: çox sayda ölən və yaralanan var

Braziliyanın San-Paulu ştatının cənub-şərqində tələbələri daşıyan avtobus idarəetməni itirmiş yük maşını ilə toqquşub.

TNS xəbər verir ki, bu barədə yerli “G1” portalı məlumat yayıb.

Qəza nəticəsində 12 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

Onun sözlərinə görə, avtobusda ümumilikdə 30 nəfər olub və toqquşmadan sonra avtobusun sol tərəfi tamamilə dağılıb. Hadisə yerindən qaçan və yaxınlıqdakı tarlada gizlənən yük maşınının sürücüsü artıq saxlanılıb.