Qara dənizdə gəmilər toqquşub
10
15:53 - 21 Fevral 2025

Qara dənizdə Gelencik və Novorossiysk arasında iki gəmi toqquşub.
TNS TASS-a istinadən xəbər verir ki, bu barədə bölgənin fövqəladə hallar xidməti məlumat yayıb.
Məlumata görə, gəmilərdən birinə cüzi ziyan dəyib, heç kim xəsarət almayıb.
Həmçinin Qara dənizdə lövbərdə dayanan “Natiq Əliyev”lə “Begonia S” gəmiləri hava şəraiti ilə əlaqədər toqquşublar. Ölən və ya xəsarət alanın olmadığı, ətraf mühitin çirklənmədiyi bildirilib.