Close

Tramp onları təhdid edərək 3 həftə vaxt verdi

Tramp Avropaya “Ukraynanın təslim olması üçün üç həftə vaxt verib”.

TNS xəbər verir ki, bu barədə “Newsweek” finlandiyalı deputat Mika Aaltolanın “X” hesabındakı paylaşıma istinadən  məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti avropalıları Amerika əsgərlərini Aİ-dən çıxarmaqla təhdid edərək tələb irəli sürüb.

“ABŞ bizə Ukraynanın təslim olmasının şərtlərini razılaşdırmaq üçün üç həftə vaxt verdi. Əgər bunu etməsək, ABŞ Avropanı tərk edəcək”, - deputat qeyd edib.

Aaltola iddialarını təsdiqləyən sübut təqdim etməyib.

NBC News-un ABŞ rəsmilərinə istinadən verdiyi xəbərə görə, Pentaqonun rəhbəri Pit Heqset qapalı görüşdə Ukrayna rəsmilərinə Vaşinqtonun Avropadakı hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azalda biləcəyini deyib.