Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Avropa liderləri Ukraynaya gedir

Bir sıra Avropa liderləri fevralın 24-də Kiyevə səfər edəcəklər.

TNS xəbər  verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, avropalı siyasətçilərin səfərinin məqsədi təhlükəsizlik təminatlarını müzakirə etmək və Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək verməkdir.

İspaniyanın baş naziri Pedro Sançes, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen artıq Ukrayna paytaxtına səfər etmək planlarını açıqlayıblar.

Politico qeyd edir ki, Litva, Latviya, Malta və Kanada liderləri ya şəxsən, ya da onlayn olaraq onlara qoşulacaqlar.

Nəşr aydınlaşdırıb ki, Danimarka, Norveç, İsveç, Finlandiya, Estoniya, Polşa, Xorvatiya, Belçika, Hollandiya, Almaniya və İrlandiya öz siyasətçilərinin görüşdə mümkün iştirakı ilə bağlı sorğuya cavab verməyiblər. Çexiya liderinin gəlməyəcəyini açıqlayıb.