Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Tramp Ukraynada faydalı qazıntıların hasilatı üzrə sazişi dirçəltmək niyyətindədir

Vaşinqton administrasiyası Ukraynada faydalı qazıntıların hasilatı ilə bağlı mümkün sazişə yenidən baxmaq niyyətindədir.

TNS-in TASS-a istinadən məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"Düşünürəm ki, mən onu dirçəldəcəyəm. Baxarıq nə olacaq", - deyə o, bu sazişlə bağlı suala cavab verərkən vurğulayıb.

ABŞ lideri Ukrayna tərəfi üçün hansı nəticələri nəzərdə tutduğunu izah etməyib.