Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Ağ Ev Ukraynanı tənqidləri yumşaltmağa çağırdı

Ağ Ev Ukraynanı tənqidləri yumşaltmağa və ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən minerallar sazişini tez bir zamanda imzalamağa çağırıb.

TNS xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals “Fox news”a müsahibəsində deyib.

“Ukraynadakı vəziyyətlə bağlı administrasiyadan çox məyusluq var. Biz Ukraynaya inanılmaz tarixi investisiyalar və iqtisadi imkanlar təqdim etmişik”, - o qeyd edib.

Trampın müşaviri Ukraynanın tənqidləri azaltmalı olduğunu bildirib: “Tənqidləri azaldın. Mineral sövdələşməni ciddi şəkildə nəzərdən keçirin və onu imzalayın. ABŞ və Ukrayna fikir ayrılıqlarını həll edə bilər”.

Vals Ukraynanın ABŞ-ın işlərinə qarışmasının qəbuledilməz olduğunu da vurğulayıb.