Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Trampın nümayəndəsi ilə Zelenskinin mətbuat konfransı ləğv edildi

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə birgə mətbuat konfransı ləğv olunub.

TNS-in “Times of Ukraine” saytına istinadən xəbərinə görə, bu açıqlamanı Ukrayna liderinin mətbuat katibi Serhiy Nikiforov verib.

Bu qərar ABŞ tərəfinin istəyi ilə qəbul edilib.