Təyyarə qəzaya uğradı: ölənlər var
418
19:00 - 20 Fevral 2025

Rusiyanın Nijeqorod vilayətində təyyarə qəzaya uğrayıb.
TNS "Kommersant" qəzetinə istinadla xəbər verir ki, qəza "Vostoçnıy" aerodromu yaxınlığında baş verib.
Bildirilir ki, Kstov rayonunun Novolikeyevo yaşayış məntəqəsi yaxınlığında yüngül motorlu təyyarə sərt eniş edərək alovlanıb.
Qəza nəticəsində iki nəfər həlak olub.
Hadisənin səbəbləri araşdırılır.