Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Ukrayna XİN rəhbəri Keyt Kelloq ilə görüşdü

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşüb.

TNS xəbər verir ki, bu barədə Andrey Sibiqa öz “X” hesabında yazıb.

“Keyt Kelloq ilə hərtərəfli, ədalətli və davamlı sülhün yollarını müzakirə etmək üçün görüşdüm. Ukraynanın və transatlantik okeanın təhlükəsizliyinin bölünməz olduğunu bir daha vurğuladım”, - Sibiqa vurğulayıb.