Close

Ukraynalıların yalnız bir faizi Rusiyaya güzəştləri dəstəkləyir

Ukraynalıların əksəriyyəti Rusiyaya ərazi güzəştlərini dəstəkləmir.

TNS Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiyaya güzəştləri əhalinin yalnız 1 faizi dəstəkləyir.

V.Zelenski, həmçinin bildirib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Ukraynaya səfəri zamanı ölkədəki əhvali-ruhiyyənin real mənzərəsini başa düşmək üçün insanlarla şəxsən ünsiyyətdə olmalıdır: "Mənim üçün vacibdir ki, o özü Kiyev və digər şəhərləri gəzsin, insanlarla ünsiyyətdə olsun".

O, K.Kelloqla cəbhə xəttinə baş çəkməyi və Ukrayna əsgərləri ilə söhbət etməyi planlaşdırdığını bildirib.

"Qoy özü hərbçilərdən soruşsun: onlar indi təcili səs verib evə getməyə, hər şeyi Rusiyaya verməyə hazırdırlarmı? Qoy burada yaşayan və döyüşən insanlarla ünsiyyətdə olsun", - Ukrayna Prezidenti vurğulayıb.