Close

09:22
21 Fevral 2025
21:20
20 Fevral 2025

Rusiya və ABŞ səfirləri yaxın zamanda vəzifələrinin icrasına başlayacaqlar

Rusiya və ABŞ-nin yeni səfirləri yaxın zamanda öz vəzifələrini tam şəkildə icra etməyə başlayacaqlar.

TNS xəbər verir ki, bu barədə TASS-a Rusiya parlamentindəki mənbə məlumat verib.

"Rusiya və ABŞ səfirləri ən yaxın zamanda öz vəzifələrini tam həcmdə icra etməyə başlayacaqlar. Bu ikitərəfli münasibətlərin normallaşmasının fundamental məsələsidir", - mənbə bildirib.

Rusiyanın ABŞ-dəki əvvəlki səfiri Anatoli Antonov 2024-cü ilin oktyabrında Vaşinqtondakı missiyasını başa vurub.