Close

21:20
20 Fevral 2025

Bu ölkələr Rusiyadan “qızıl viza” almaq istəyirlər

ABŞ, İran, Çin, Serbiya və Koreya vətəndaşları Rusiyada investorlar üçün “qızıl viza” almaq üçün müraciət ediblər.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

“1,5 il ərzində “qızıl viza” proqramı çərçivəsində Rusiya Federasiyasına cəlb edilən investisiyaların ümumi həcmi 2,6 milyard rubldan çox olub”, - nazirlikdən bildirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin üçüncü rübünün sonunda ölkədə yaşamaq icazəsi almış investorların ümumi sayı 10 nəfər olub.

Rusiyaya sərmayə qoymaq istəyən digər ölkələrin vətəndaşları arasında İsrail, Xorvatiya, Monqolustan, Almaniya və Türkiyə nümayəndələri də olub.