Yol və nəqliyyat naziri saxlanıldı
16
11:00 - 19 Fevral 2025

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Çelyabinsk vilayətinin Yol və Nəqliyyat Nazirliyinin rəhbəri Aleksey Neçayevi saxlayıblar.
TNS xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.
Nəşrin məlumatına görə, məmur dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Ehtimal ki, bu, onun 2016-cı ildəki işi ilə bağlıdır. Əlavə təfərrüatlar açıqlanmayıb.
Neçayevlə yanaşı, nazirliyin hüquq idarəsinin rəisinin birinci müavini Stanislav Kulikov, eləcə də bir neçə iri yol şirkətlərinin rəhbərləri də istintaqa cəlb edilib. Sonuncular xüsusilə külli miqdarda vəsait oğurlamaqda ittiham olunurlar.
Əlaqəli xəbərlər
23:40
20 Fevral 2025