Tramp: “Ukrayna ya izahat verməli, ya da pullarımızı geri qaytarmalıdır”

Ukrayna Amerika tərəfinin ayırdığı milyardlarla dolların hara xərcləndiyini izah etməli və ya bu vəsaitləri geri qaytarmalıdır.
TNS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Ukrayna izahat verməli və pulumuzun hara getdiyini öyrənməli, ya da qaytarmalıdır", - Tramp qeyd edib.
Onun sözlərinə görə, ABŞ Ukraynaya 350 milyard dollar ayırıb, lakin prezident Volodimir Zelenski bu pulun yarısının harada olduğunu bilmir.
Tramp həmçinin Ukrayna rəhbərliyinin hərəkətlərini tənqid edərək bildirib ki, münaqişə üç il əvvəl bitə bilərdi.
"Bu gün eşitdim ki, "Ah, bizi danışıqlara dəvət etmədilər". 3 ildir bu işin içindəsən. Bunu 3 il əvvəl bitirməliydin, heç başlamamalıydın. Razılaşma edə bilərdin”,- ABŞ prezidenti deyib.
O vurğulayıb ki, belə bir sövdələşmə şəhərlərin toxunulmaz qalmasına, insanların sağ qalmasına, ölkənin isə demək olar ki, bütün ərazilərini saxlamasına imkan verə bilərdi. Lakin Bayden administrasiyası belə bir razılaşmanın əldə olunmasının qarşısını alıb.
Tramp Ukraynadakı dağıntılara da münasibət bildirib və qeyd edib ki, Rusiya istəsə, daha çox zərər verə bilər.
"Demək istəyirəm ki, onlar (ruslar) Kiyevi bombalamadılar, çünki məni fikrimcə, onlar ora çoxlu raket atmaq istəmirlər. Onlar bunu 20% etdilər. 100% etmək istəsəydilər, yəqin ki, bu, çox tez baş verərdi", - Tramp əlavə edib.