Close

21:20
20 Fevral 2025

ABŞ-nin xüsusi nümayəndəsi Kiyevə gedəcək

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bu gün axşam Ukraynaya yola düşəcək.

TNS xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kelloqun qrafiki ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

"Donald Trampın Ukrayna üzrə nümayəndəsi Kit Kelloq bu axşam Kiyevə yola düşür", - agentlik bildirib.