Close

Dəmiryolu vağzalında izdiham: 20-yə yaxın ölən var

Hindistanın paytaxtı Dehlidə dəmiryol vağzalının platformasında baş vermiş izdiham nəticəsində 18 nəfər, o cümlədən 11 qadın və 5 uşaq ölüb.

TNS NDTV-yə istinadən xəbər verir ki, bu barədə Dehli polisi jurnalistlərə məlumat veriblər.

İnsanlar bu günlərdə qeyd olunan ən böyük dini festival Kumbha-melada müqəddəs hesab olunan Qanq və Yamuna çaylarının qovuşduğu yer olan Sanqama getmək üçün Prayaqraj şəhərinə gedən qatarı gözləyirdilər.

Ardıcıl iki qatarın gecikməsi səbəbindən platformada sərnişin izdihamı yaranıb. Nəticədə 18 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.