Close

İsrail və HƏMAS əsir mübadiləsi həyata keçirdi

İsrail həbsxanalarında saxlanılan 369 fələstinli Qəzza zolağında saxlanılan 3 israillinin müqabilində sərbəst buraxılıb.

TNS xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, işğal altındakı İordan çayının qərb sahilində azad edilmiş dörd fələstinlinin vəziyyəti ağırdır. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, ötən gün Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında saxladığı üç girov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verilib.