İsrail ordusu Qərb sahilində 65 terrorçu zərərsizləşdirdi
7
12:41 - 16 Fevral 2025

İsrail ordusu İordan çayının Qərb sahilində yanvarın sonunda başlayan antiterror əməliyyatı nəticəsində 65 terrorçunun məhv edildiyini bildirib.
TNS TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında qeyd olunub.
Məlumata görə, İsrail təhlükəsizlik qüvvələri tərəfindən terrorçuların istifadə etdikləri silah və hərbi texnika da müsadirə edilib.
Ordunun mətbuat xidməti bildirib ki, qüvvələr terror fəaliyyətinin qarşısını almaq və mülki sakinlərin təhlükəsizliyini təmin etmək üçün əməliyyatları davam etdirəcəklər.