Close

Trampın komandası danışıqlar üçün Səudiyyə Ərəbistanına gedib

ABŞ, Ukrayna və Rusiya nümayəndələri Səudiyyə Ərəbistanında danışıqlar aparacaq.

TNS xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, respublikaçı deputat və planla tanış olan iki ABŞ rəsmisi Trampın komandasının artıq Ukrayna və Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına getdiyini təsdiqləyib.

Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, dövlət başçısının milli təhlükəsizlik üzrə müşaviir Mayk Uolts və ABŞ Dövlət Departamentinin katibi Marko Rubio danışıqlarda iştirak edəcəklər.