Zelenski ABŞ ilə bağlanacaq bu sazişi imzalamaqdan imtina etdi
![](/upload/files/xeberler/dunya_siyastcilr/347396176993920.jpg)
Ukrayna Prezidenti Volodimir Zelenski Amerika şirkətlərinin Ukraynanın təbii sərvətlərinin işlənməsinə çıxışı haqqında sazişi imzalamaqdan imtina edib.
TNS xəbər verir ki, bu barədə Ukrayna lideri Münxen Təhlükəsizlik Konfransında bildirib.
Zelenski qeyd edib ki, sənəd nazirlər səviyyəsində imzalanmalı olsa da, o, dövlət başçısı kimi veto hüququna malikdir.
“Saziş Ukrayna iqtisadiyyatına investisiyalara zəmanət verməli və Ukrayna üçün təhlükəsizlik zəmanəti müqabilində bu investisiyalardan əldə edilən gəlirlərin bölüşdürülməsi mexanizmlərini təmin etməlidir. Lakin, sazişin Amerika tərəfinin təklif etdiyi variantı bu meyarlara cavab vermir”,- deyə o vurğulayıb.
Dövlət başçısı sənədin hazırkı formada imzalanmasının ölkənin maraqlarına zidd olduğunu bəyan edib.