Close

10:31
19 Fevral 2025
09:22
19 Fevral 2025

Rusiya ilə bağlı qərarı Suriya xalqı verəcək

Suriya ilə Rusiya arasında münasibətlərin gələcəyi yalnız Suriya xalqının iradəsi ilə müəyyənləşəcək.

TNS xəbər  verir ki, bunu Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Diplomat, bu qərarın Rusiya Prezidenti Vladimir Putinlə Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa arasında bu yaxınlarda baş tutan telefon danışığında iki ölkə arasında əvvəllər bağlanmış sazişlərə yenidən baxılması imkanlarının müzakirəsi zamanı verildiyini qeyd edib.