Close

22:59
15 Fevral 2025

Bu ölkədə “Amazon”un fəaliyyəti yoxlanılır

İtaliyanın hüquq-mühafizə orqanları “Amazon” elektron ticarət şirkətinin fəaliyyətini yoxlayır.

TNS bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Məlumata görə, şirkət 1,2 milyard avro həcmində maliyyə fırıldaqçılığında şübhəli bilinir. Təhqiqat 2024-cü ildə başlasa da, məlumat bu gün ictimailəşdirilib.

“Amazon” şirkəti məsələyə münasibət bildirməkdən imtina edib.