Üç girov da azad edildi
21
14:16 - 15 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/15/WhatsApp_Image_2025-02-15_at_02-16-20.jpg)
Qəzzada HƏMAS döyüşçüləri biri rusiyalı olmaqla, 3 girovu azad edərək, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verib.
TNS xəbər verir ki, bu barədə İsrail ordusunun teleqram kanalında məlumat verilib.
Bildirilib ki, geri qayıdan girovlar hazırda İsrailin cənubundakı ilkin qəbul məntəqəsinə gedirlər və burada ailə üzvləri ilə görüşəcəklər.
Qeyd edək ki, yanvarın 19-dan Qəzza zolağında İsrail və HƏMAS arasında fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsinə dair razılaşma çərçivəsində əldə olunmuş atəşkəs rejimi qüvvədədir.