Close

14:49
15 Fevral 2025
14:16
15 Fevral 2025
12:19
15 Fevral 2025

Çin dünya dövlətlərinə Ukrayna ilə bağlı çağırış etdi

Bütün maraqlı tərəflər Ukrayna münaqişəsinin həllinə töhfə verməlidir.

TNS xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Çinin xarici işlər naziri Van İ deyib.

O bildirib ki, Avropa bu böhranın səbəblərinin aradan qaldırılmasında rol oynamalıdır.

Çin rəsmisi xatırladıb ki, Pekin əvvəldən münaqişənin diplomatik yolla həllinin tərəfdarı olub.

“Güc üsulları və sanksiyalar bütün məsələləri tamamilə həll etmək iqtidarında deyil”, - o qeyd edib.