ABŞ Rusiya vətəndaşını azadlığa buraxdı
8
23:20 - 12 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/12/vinnikov-aleksandr.jpg)
ABŞ-da çirkli pulların yuyulmasında iştirakda ittiham edilən Rusiya vətəndaşı Aleksandr Vinnik azadlığa buraxılıb.
TNS xəbər verir ki, bu barədə TASS-a onun fransalı vəkili Frederik Belot məlumat verib.
"Aleksandra qarşı iş bağlanıb. Məndə olan məlumata görə, o, artıq azadlıqdadır", - vəkil deyib.
Vəkil bildirib ki, o, yaxın vaxtlarda Rusiyaya göndəriləcək.
Bundan əlavə, Ağ Ev ABŞ-ın Rusiya ilə cari məhbus mübadiləsi çərçivəsində Vinniki azad edəcəyini təsdiqləyib.
Qeyd edək ki, bu gün Tramp və Putin arasında baş tutan telefon danışığlnda məhbus mübadiləsi barədə razılığa gəlinib.