Close

Tramp Putindən sonra Zelenskiyə zəng etdi - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

TNS xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat verib.

“Az öncə Donald Trampla danışdım. Uzun söhbət oldu. Sülhün əldə edilməsi imkanları haqqında, komanda səviyyəsində birlikdə işləmək istəyimiz, texnoloji imkanlarımız, xüsusən dronlar və digər müasir istehsallarımız barədə müzakirə apardıq. Birgə nə edə biləcəyimizə maraq göstərdiyinə görə Prezident Trampa minnətdaram”, - Zelenski deyib.

22:00

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

TNS xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Qeyd edək ki, bundan öncə ABŞ və Rusiya prezidentləri telefonda danışmışdılar.