Tramp və Putin arasında telefon danışığı baş tutdu - YENİLƏNİB
![](/upload/files/up3/Xeberler/2025/2/12/67acd4839e09867acd4839e099173937984367acd4839e09667acd4839e097.jpg)
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefonda danışıb.
TNS xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, söhbət təxminən bir saat yarım davam edib:
"Putin və Tramp Yaxın Şərq nizamlanması və Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər. Putin Trampı Moskvaya dəvət edib".
Peskov bildirib ki, Putin və Tramp telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər.
"Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar".
Peskov bildirib ki, Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsini müzakirə ediblər, Vaşinqton əldə olunan razılaşmaların yerinə yetirilməsinə zəmanət verib.
Putin Trampın birgə işləməyin vaxtının gəlib çatdığı tezisini dəstəkləyib.
"Putin Trampa Amerika rəsmilərini Rusiya Federasiyasında, o cümlədən Ukrayna mövzusu ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib", - Kremlin sözçüsü vurğulayıb.
21:02
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.
TNS xəbər verir ki, bu barədə “CNN“ məlumat yayıb.
“Prezident Donald Tramp çərşənbə günü səhər Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb”, - məlumatda deyilir.