İran sakinləri prezidentə müraciət etdilər: "Yoxsulluğun son mərhələsindəyik"
![](/upload/files/up3/Xeberler/2025/2/12/Ekran_skli_2025-02-12_184954.png)
İran sakinləri ölkə Prezidenti Məsud Pezeşkiana birbaşa müraciət edərək artıq yoxsulluğun son mərhələsini yaşamalarından şikayətləniblər.
TNS xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, məktubun mətni "Asr Iran" portalında dərc olunub.
Bəyanatda insanlar milli pulun kəskin dəyər itirməsinə etiraz ediblər.
"Biz etiraz edirik, cənab Pezeşkian! Birbaşa və açıq şəkildə etiraz edirik! Siz prezident seçiləndə bu ölkənin pulu indikindən 57% qiymətli idi. Başqa sözlə desək, o zaman bir ABŞ dollarını 59 min tümənə almaq olurdu, indi isə 92 min 550 tümənə! Məlum da deyil ki, bir gün, hətta bir saat sonra nə olacaq! Axı siz prezidentsiniz, hökumət də sizin ixtiyarınızdadır. Əgər siz əvvəlki kimi parlamentdə otursaydınız, şübhəsiz ki, hazırkı prezidentə etiraz edərək "bu vəziyyət nədir?" deyə soruşardınız!", - deyə müraciətdə vurğulanıb.