HƏMAS nümayəndə heyəti Qahirəyə getdi
7
17:50 - 12 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/12/0e238893-e699-3f5e-bf8d-8794a359dfed_850.jpg)
Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Qəzza zolağında atəşkəs və əsir mübadiləsi haqqında razılaşmanın icrasını müzakirə etmək üçün Qahirəyə gedib.
TNS xəbər verir ki, bu barədə hərəkatın müraciətində deyilir.
“HƏMAS-ın Qəzza zolağındakı rəhbəri Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyəti Qahirəyə gəlib və texniki qruplar və vasitəçilərin dəstəyi ilə atəşkəs və əsir mübadiləsi haqqında razılaşmanın icrasına nəzarət çərçivəsində Misir rəsmiləri ilə görüşlərə başlayıb”, - məlumatda qeyd olunub.