Avtobusda yanğın baş verdi: ölən və yaralanan var
11
16:40 - 12 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/12/56384af8-8ca6-3760-a5fc-49d6615bd5bb_850.jpg)
Çinin cənubunda yerləşən Quandun əyalətində avtobusda baş verən yanğın nəticəsində altı nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
TNS “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə avtobusun qəfildən alışması nəticəsində baş verib.
Yaralılar müalicə üçün xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətləri sabitdir.
Hadisə ilə bağlı araşdırma davam edir.
Əlaqəli xəbərlər
18:11
12 Fevral 2025
18:00
12 Fevral 2025