O, Yunanıstanın yeni prezidentidir
5
13:19 - 12 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/12/kostas.jpg)
Yunanıstanın yeni prezidenti seçilib.
TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, parlament qanunverici orqanın keçmiş sədri Konstantinos Tasoulası ölkənin prezidenti seçib.
65 yaşlı Tasoulasın namizədliyini ölkənin Baş naziri Kiriakos Mitsotakis irəli sürmüşdü.
Qeyd edək ki, o, bu vəzifədə Katerina Sakellaropoulounu əvəz edəcək.