Close

Netanyahu HƏMAS-a xəbərdarlıq etdi

Fələstinin HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv döyüşləri bərpa edəcək.

TNS-in məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Mənim qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyi qərar belədir: HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu HƏMAS-ın tam məğlubiyyətinə qədər intensiv döyüşləri davam etdirəcək”, - o, hökumətin dörd saat davam edən iclasından sonra deyib.

Lakin Netanyahu İsrailin şənbə gününə qədər neçə girovu azad etməyi tələb etdiyini dəqiqləşdirməyib.