HƏMAS-ın girovluğunda olan israilli öldü
14
21:00 - 11 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/11/Ekran_skli_2025-02-11_205741.png)
HƏMAS-ın girovluğunda olan israilli Şlomi Mansur 86 yaşında ölüb.
TNS xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrail Müdafiə Ordusunun (SAXAL) nümayəndələri Ş.Mansurun ölümü barədə onun ailəsinə məlumat veriblər.
Ş.Mansur öz evində girov götürülmüşdü.
Xatırladaq ki, fevralın 10-da HƏMAS Qəzza zolağında saxlanılan israilli girovların yeni qrupunun azad edilməsi prosesini təxirə salıb.