Yeni doğulan körpələrin alverini edənlər həbs edildilər
56
19:11 - 11 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/11/Ekran_skli_2025-02-11_190920.png)
İranın Məşhəd şəhərində uşaq alveri ilə məşğul olan dəstənin fəaliyyətinin üstü açılıb.
TNS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, polis əməkdaşları uşaq alveri şəbəkəsi ilə bağlı 3 şübhəli şəxsi həbs ediblər. Məlum olub ki, dəstə üzvləri müxtəlif şəhərlərdə fəaliyyət göstərərək, yoxsul və ya narkoman ailələrin uşaqlarını alıb və daha sonra uşaqsız cütlüklərə satıblar.