Sabiq məmurun oğlu polislərə hücum etdi
![](/upload/files/up3/Xeberler/2025/2/11/Ekran_skli_2025-02-11_174918.png)
Dərbənd Şəhər Məhkəməsi (Dərbənddə) polis əməkdaşına hücum işi üzrə Dağıstanın Tabasaran rayonunun keçmiş rəhbərinin oğlunu həbs edib.
TNS-in TASS-a istinadən xəbərinə görə, bu barədə Dağıstan Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin rəhbəri Zarema Mamayeva məlumat verib.
"Məhkəmə Tabasaran rayonundan olan şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətini nəzərdən keçirib. Törədilmiş cinayətlərin ağırlığı nəzərə alınaraq, onun barəsində iki ay müddətinə, yəni 2025-ci il aprelin 9-u daxil olmaqla, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib", - deyə Zarema Mamayeva bildirib.