Close

Din xadimi saxlanıldı: naməlum yerə aparıldı

İranda sünni din xadimi Əbdülbəsir Şahuzehi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

TNS xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-nə istinadən xəbər verib.

Belə ki, İranın Sistan və Bəlucistan əyalətinin Delqan şəhərinin cümə imamı Əbdülbəsir Şahuzehi şəhər məhkəməsinə çağırıldıqdan sonra, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və naməlum yerə aparılıb.

Hazırda sünni din xadiminin hansı səbəbdən çağırılması və həbsinin səbəbləri bəlli deyil. Bununla belə, son aylarda Sistan və Bəlucistan əyalətindən olan bir neçə sünni din xadimi təhlükəsizlik orqanlarına çağırıldıqdan sonra həbs edilib və müxtəlif məhdudiyyətlərlə üzləşib.