Close

Bank partladıldı: azı 5 nəfər öldü

Əfqanıstanın Künduz vilayətində bankda güclü partlayış baş verib.

TNS xəbər verir ki, bu barədə "Shamshad" portalı məlumat yayıb.

Qeyd olunur ki, partlayış insanlar maaş almaq üçün "Kabul Bank"ın qarşısına toplaşarkən baş verib.

Hadisə nəticəsində azı beş nəfərin öldüyü, yeddi nəfərin yaralandığı bildirilir.

Əfqanıstan polisi hadisəni terror aktı kimi qiymətləndirib.