Close

17:41
11 Fevral 2025

"Qatarı saxlayın, işə tələsirəm" - İnfarktdan 20 dəqiqə sonra

Bu gün Çində səhər saatlarında qəribə hadisə yaşanıb.

TNS xəbər verir ki, dəmiryol vağzalında orta yaşlı kişi qatarı gözləyərkən infarkt keçirib.

Yıxılan kişi stansiya işçiləri və həkimlərin köməyilə 20 dəqiqədən sonra özünə gəlib.

Lakin onun ilk cümləsi hamını təəccübləndirib. O, "Qatarı saxlayın, işə tələsirəm", deyərək ayağa qalxmaq istəyib.

Ancaq həkimlər onu xəstəxanaya yerləşdiriblər.