HƏMAS girovların azad edilməsini təxirə saldı
![](/upload/files/up3/Xeberler/2025/2/10/8fa34ec7-e532-38eb-bfd0-321897a5a6a8_850.jpg)
Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.
TNS-in məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə özünün teleqram kanalında bildirib.
"Son üç həftə ərzində razılaşma şərtlərinin dəfələrlə pozduğunu müşahidə etdik. Bu səbəbdən fevralın 15-də azad edilməli olan məhbusların azadlığa buraxılmasını təxirə salmaq qərarına gəldik. İsrail müqavilənin şərtlərinə əməl etməlidir", - o vurğulayıb.
HƏMAS hesab edir ki, İsrail anklavın cənubundan şimala köçkünlərin qayıtmasını gecikdirməklə, Qəzza sakinlərinə atəş açmaqla və bütün növ humanitar yardımların çatdırılmasını təmin edə bilməməklə razılaşmanın şərtlərini pozub.