Close

Çox şiddətli meşə yanğınları: 1 milyona yaxın insana təcili təxliyə elan edildi - VİDEO

Çili hökuməti cənub Araukaniya bölgəsində şiddətli meşə yanğınları səbəbindən 860 000-dən çox insanın təcili təxliyəsi barədə elan edib.

TNS bu barədə kp.ru-ya istinadən məlumat verir.

Bildirilib ki, faciə artıq azı bir nəfərin həyatına son qoyub.

O da vurğulanıb ki, hazırda regionda müşahidə olunan 40°C-dən yuxarı temperatur, güclü küləklər və davamlı quraqlıq alovun sürətlə yayılmasına səbəb olub.

Hakimiyyət orqanları sakinləri dərhal evlərini tərk etməyə və təhlükəsiz ərazilərdə sığınacaq axtarmağa çağırır.