Close

23:43
08 Fevral 2025

Baş nazir: "Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil"

Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil.

TNS xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Euronews"ə müsahibəsində deyib.

"Rusiya ilə diplomatik əlaqələrimiz yoxdur. Rəsmi Moskva ərazi bütövlüyümüzü pozur. Abxaziya və Tsxinvali regionunun müstəqilliyinin tanınması səbəbindən diplomatik əlaqələrin bərpası müzakirə olunmur. Lakin biz praqmatik siyasət yürüdürük və bu, Rusiya ilə münasibətlərdə siyasətimizin əsas tərkib hissəsidir", - Kobaxidze deyib.

Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan Rusiya ilə ticarət və iqtisadi əlaqələri saxlayır.

"Ərazi bütövlüyü məsələsinə gəlincə, bu məsələni yalnız sülh yolu ilə həll etməkdən başqa alternativ yoxdur", - Kobaxidze vurğulayıb.