"Qəzza İsrail torpağıdır" deyən şəxs Dini İşlər İdarəsinə rəhbər təyin edildi
Amerika Prezidenti Donald Tramp Dini İşlər İdarəsinin yaradılması haqqında sərəncam imzaladıqdan sonra bu vəzifəyə prezidentin ruhani müşaviri, məşhur pastor və televangelist Paula Uaytı təyin edib.
TNS xəbər verir ki, Paula Uayt İsraili dəstəkləyən güclü fikirləri ilə tanınır.
O, öz moizələrində israilliləri seçilmiş xalq, İsrailə qarşı çıxanları isə xristianlığın düşmənləri adlandırıb. Uayt dəfələrlə Qüdsdəki Əl-Əqsa məscidinin yerində Üçüncü Məbədin tikilməsi ideyasını dəstəklədiyini deyib.
"Mən yəhudilərin (Qəzzaya) köçürülməsinin tərəfdarıyam. Bu, sizin torpağınızdır. Bu, yəhudi xalqının torpağıdır. Və mən inanıram ki, məbəd yəhudilərə məxsusdur, ona görə də yenidən tikilməlidir",- deyə o qeyd edib.
Donald Trampın Pentaqona təyin etdiyi yeni rəhbər Pit Heqset də bundan əvvəl Əl-Əqsa məscidinin yerində yəhudi məbədinin tikintisinin zəruriliyi ilə bağlı fikirlərini bildirib.