Qəzzada atəşkəs pozula bilər
8
21:40 - 08 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/8/Ekran_skli_2025-02-08_213902.png)
Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs razılaşması pozulmaq təhlükəsi ilə üz-üzədir.
TNS-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Basem Naim deyib.
Məlumata görə, sövdələşmə təhlükə altındadır.
Qeyd olunur ki, tərəflər hələ fevralın 3-də başlamalı olan Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin icrasının ikinci mərhələsi üzrə danışıqlara başlamayıblar.
Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-da qüvvəyə minib.