İsrail qırıcıları HƏMAS-ın silah anbarını bombaladı
15
20:00 - 08 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/8/Ekran_skli_2025-02-08_195910.png)
İsrail ordusu HƏMAS-ın hərbi obyektinə hava zərbəsi endirib.
TNS xəbər verir ki, bu barədə İsrail müdafiə ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr HƏMAS-ın Suriyanın cənubunda yerləşən silah anbarına zərbələr endirib.
Xatırladaq ki, yanvarın 19-da İsraillə HƏMAS arasında altı həftəlik ilkin atəşkəs razılaşması əldə edilib.