İsraildə fələstinli məhbusların azad edilməsinə başlanıldı
6
12:52 - 08 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/8/21984b9f-2d9f-3733-b2ec-62e8d4b92028_850.jpg)
İsrail Həbsxana Xidməti Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların qaytarılması ilə bağlı razılaşma çərçivəsində fələstinli məhbusların azad edilməsi prosesinə başlayıb.
Bu barədə TNS TASS-a istinadən xəbər verir.
Məlumata görə, məhbuslar “Ofer” həbsxanasından çıxarılır və avtobuslara yerləşdirilir, onlar azadlıqlarına qovuşacaqları yerlərə çatdırılacaqlar.
Qeyd edək ki, bu gün Qəzza zolağında saxlanılan 3 israilli girovun qaytarılması müqabilində 183 fələstinli məhbus İsrail həbsxanalarından azad edilməlidir.