Rus ordusu bu şəhəri ələ keçirdi
11
23:10 - 07 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/7/rus-herbci.jpg)
Rusiya ordusu Donetsk vilayətinin Toretsk (Dzerjinsk) şəhərini ələ keçirib.
TNS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Toretsk şəhərinin ələ keçirilməsi zamanı rus qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin dərinliklərinə ümumi irəliləməsi 13 km-dən çox olub.
Rusiya MN əlavə edib ki, hazırda hərbi qüvvələr Toretsk aqlomerasiyasının qalan yaşayış məntəqələrini ələ keçirməkdə davam edir.