Close

21:30
07 Fevral 2025

Tramp Zelenski ilə nə vaxt görüşəcəyini açıqladı

ABŞ Prezidenti Donald Tramp gələn həftə, ehtimal ki, Vaşinqtonda Volodimir Zelenski ilə görüşməyi planlaşdırır. 

TNS xəbər verir ki, o, bunu Ağ Evdə Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə danışıqlardan əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Yəqin ki, mən gələn həftə prezident Zelenski ilə görüşəcəm və bəlkə də prezident Putinlə danışacam”, - Tramp bildirib.

O əlavə edib ki, Zelenski ilə istənilən vaxt görüşməyə hazırdır və Ukraynaya getməyəcəyini vurğulayıb.