Close

21:30
07 Fevral 2025

Sabah 3 israilli girov azad ediləcək

Fevralın 8-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu azad edəcək, onlardan biri Ohad Ben-Ami Almaniya vətəndaşıdır.

TNS xəbər verir ki, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” qrupunun nümayəndəsi Əbu Ubeydə yayıb.

“İsrail ilə mübadilə sazişinin bir hissəsi olaraq, biz şənbə günü, fevralın 8-də Eliyahu Şərabi, Or Levi və Ohad Ben-Amini azad etmək qərarına gəldik”, - o “Telegram” kanalında yazıb.